Kontakt kley
Bautech ani yapışdırıcı iki komponentli, yüksək özlülüklü, solventsiz , çox tez bərkidən yapışdırıcıdır. MDF, DSP, bütün ağac məmulatları, rezin, dəri, şüşə, alüminium, metal və bir çox plastikləri
birləşdirmək və bərkitmək üçün istifadə olunur . Xüsusiyyətlər:
- İki komponentli.
- Tətbiq etmək asandır.
- Büzülmür.
- Hava şəraitinə və suya davamlıdır.
Tətbiq Sahələri:
• Taxta hissələrin yığılması və təmiri
• MDF, rezin, dəri və plastik səthlər
• Xüsusilə sürətli sərtləşmə tələb olunan tətbiqlərdə üstünlük verilir.
İSTİFADƏ QAYDASI:
• Səth təmiz, quru, hər cür kir və yağdan təmizlənməlidir.
• Tətbiq olunacaq səthlərdən birinə aktivatoru çəkin və qurumasını gözləyin. Digər səthə yapışqan tətbiq etdikdən sonra səthləri birləşdirin və bir neçə saniyə möhkəm basdırın.